“Mənim Universitetim – 100 il” layihəsinə start verilib

27/02/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsinə start verilib.

Layihənin məqsədi Bakı şəhərinin bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə Bakı Dövlət Universiteti tələbələrinin görüşünü təşkil etmək, onları bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır.

İlk görüş Xəzər rayonunda yerləşən 181 və 183 saylı orta məktəbdə baş tutub. 181 saylı orta məktəbin direktoru Nazilə Məmmədova tədbiri açaraq Bakı Dövlət Universiteti haqqında ümumi məlumat verib.

BDU Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov universitetin tarixi, fəaliyyət istiqamətləri, görkəmli məzunları, təhsili və tələbə həyatı barədə danışıb.

Görüşdə şagirdlərə “BDU – mənim universitetim” adlı inşa müsabiqəsi haqqında da məlumat verilib. Məlum olub ki, inşa müsabiqəsinin qalibləri universitetə dəvət ediləcək və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Tədbir Bakı Dövlət Universitetinin həyatını əks etdirən videoçarxın nümayişi və şagirdlərin universitetlə bağlı çoxsaylı suallarının cavablandırılması ilə bağa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 27 fevral 2019-cu il.

Xəbərlər

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib
21/05/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir
21/05/2026

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”
21/05/2026