“Mənim vətənim” BDU-nun xarici tələbələrinin ifasında

12/06/2014

Bugün Bakı Dövlət Universitetinin hazırlıq şöbəsində təhsil alan xarici tələbələrin “Mənim vətənim” adlı tədbiri keçirilib. Tədbiri giriş sözü ilə universitetin Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova açıb. G. Rəhimova çıxışında BDU-nun dünyanın bir sıra ali məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıgından, xarici ölkə universitetlərinin elm, təhsil, İKT sahəsindəki təcrübəsinin öyrənilməsindən bəhs edib.

Türkiyə, Polşa, Amerika, Nigeriya, Çin və Vietnamdan olan tələbələr bir tədris ili müddətində öyrəndikləri Azərbaycan və rus dillərində öz ölkələrinin tarixi-görməli yerlərı barədə məlumat verib, şəhərlərin müasir görüntüləri, milli adət-ənənələri haqda slayd təqdim ediblər.

Tədbir tələbələrin maraqlə musiqi nömrələri ilə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 14 iyun 2014-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026