“Mənim vətənim” xarici tələbələrin təqdimatında

07/05/2015

Bakı Dövlət Universitetinin hazırlıq şöbəsində təhsil alan xarici tələbələrin “Mənim vətənim” adlı tədbiri keçirilib. Tədbiri giriş sözü ilə universitetin Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova açıb. G.Rəhimova çıxışında BDU-nun dünyanın bir sıra ali məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıgından, xarici ölkə universitetlərinin elm, təhsil, İKT sahəsindəki təcrübəsinin öyrənilməsindən bəhs edib.

Türkiyə,  Amerika, Nigeriya, Çin, İrandan olan tələbələr öz ölkələrinin tarixi-görməli yerlərı barədə bir tədris ili müddətində öyrəndikləri Azərbaycan və rus dillərində məlumat verib, ölkələrinin müasir görüntüləri, milli adət-ənənələri haqda təqdimat ediblər.

Tədbir tələbələrin maraqlı musiqi nömrələri ilə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 7 may 2015-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
20/11/2026