Məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

25/06/2019

Bakı Dövlət Universiteti, Master School tədris mərkəzi, MilliSoft İT və Proqramlaşdırma mərkəzi, Eduline xarici dil mərkəzi və Azərbaycan Universitetləri facebook səhifəsinin təşkilatı dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında may ayında keçirilmiş məntiq olimpiadasının mükafatlandırma mərasimi baş tutub.

Master School tədris mərkəzinin icraçı direktoru İlkin Məhərrəmov Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasının tələbələrin intellektual səviyyələrinin inkişafına müsbət təsirindən danışıb.

Bakı Dövlət Universiteti rektorunun Sosial-humanitar və informasiya məsələləri üzrə müşaviri Əliş Ağamirzəyev belə yarışların tələbələrin böyük marağına səbəb olduğunu bildirib.

Sonda qalib tələbələrin mükafatlandırma mərasimi baş tutub. 15 tələbəyə endirim kuponu və diplomlar, 4-cü və 5-ci yerlərin sahiblərinə pul mükafatı və diplomlar, 3-cü yerin sahibinə planşet və diplom, 2-ci yerə pul mükafatı və diplom, birinci yerin qalibinə isə IphoneX mobil telefonu və diplom təqdim olunub. Həmçinin bütün olimpiada iştirakçıları Master School tədris mərkəzindən endirim kuponu qazanıb.


Mətbuat və informasiya şöbəsi, 25 iyun 2019-cu il.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026