Moldovalı alim BDU-nun Fizika fakültəsində elmi seminar keçirib

02/12/2025

Bakı Dövlət Universitetində (BDU) keçirilən “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfransda iştirak edən Moldova Dövlət Universitetinin Tətbiqi Fizika İnstitutunun elmi katibi Aleksey Meşalkin Fizika fakültəsinin elmi seminarında məruzə ilə çıxış edib.

Aleksey Meşalkin seminarda “Relyef fazalı holoqramların yazılması üçün xalkogenid şüşəvari yarımkeçiricilər əsasında hazırlanmış qeydetmə mühiti” (“Next-generation recording medium based on chalcogenide glassy semiconductors for relief-phase hologram recording”) mövzusunda təqdimat edib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Məruzəçi institutun tədqiqat qrupunun optik və holoqrafik məlumatın qeyd edilməsi üçün nəzərdə tutulmuş yeni çoxtəbəqəli nanostruktur materialın hazırlanması sahəsində əldə etdiyi ən son nəticələri təqdim edib. O, yeni materialın fotopolimer kimi klassik daşıyıcılarla müqayisədə üstünlüklərini nümayiş etdirib.

Aleksey Meşalkin qeyd edib ki, xalkogenid şüşə yarımkeçiricilər nazik təbəqələr şəklində olduqda geniş spektrli fotoinduksiya olunmuş proseslərə malik olmaları ilə seçilir. Bu xüsusiyyət onları optik və holoqrafik informasiya yazılması üçün perspektivli qeydetmə mühiti edir. Aktinik lazer şüalanması zamanı materialların refraktiv indeks, udma əmsalı və həllolma qabiliyyəti kimi optik parametrlərində ciddi dəyişikliklər baş verir ki, bu da yüksək məkan ayırdetməsinə malik amplitud-faza strukturlarının birbaşa yazılmasına imkan yaradır.

Məruzədə bildirilib ki, yazılmış difraksiya qəfəslərinin struktur analizi atom qüvvət mikroskopu vasitəsilə aparılıb və dərinliyi 500 nm-ə qədər çatan yaxşı formalaşmış səthi relyef əldə edilib. Bu nəticələr çoxtəbəqəli nanostrukturlaşdırılmış xalkogenid şüşələrin yüksək səmərəli difraktiv optik elementlərin hazırlanmasında böyük potensiala malik olduğunu göstərir.

Seminar sual-cavab sessiyası ilə başa çatıb.

Xəbərlər

Moldovalı alim BDU-nun Fizika fakültəsində elmi seminar keçirib

Moldovalı alim BDU-nun Fizika fakültəsində elmi seminar keçirib
02/12/2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir
02/12/2025

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş elmi seminar

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş elmi seminar
02/12/2025