Moskva Dövlət Universitetində Həmkarlar İttifaqlarının yaradılmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

24/04/2019

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Həmkarlar İttifaqlarının yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbirdə ölkəmizi  Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev təmsil edib. Tədbiri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik V.A.Sadovniçi açıb, Rusiyanın Xalq təhsili və elm işçiləri Həmkarlar İttifaqının sədri Q.Y. Merkulova, Moskva şəhər Həmkarlar Federasiyasının sədri M.İ.Antonçev və başqaları çıxış ediblər. Xarici qonaqlar adından Fikrət Şiriyev təbrik nitqi söyləyib.  Sonra Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının Rəyasət  Heyətinin Bakıda keçiriləcək növbəti qurultayı ilə bağlı iclas keçirilib, BDU-nun 100 illik yubileyinə həsr ediləcək qurultayın vaxtı və proqramı dəqiqləşdirilib. Assosiasiyanın vitse-prezidenti F.Şiriyev bu barədə Rəyasət Heyəti üzvlərinə ətraflı məlumat verib.

Mətbuat və informasya şöbəsi, 24 aprel 2019-cu il.



Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026