Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin təşəkkür məktubu

20/05/2015

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi 15 aprel 2015-ci il tarixində Sankt-Peterburq Dövlət İqtisad Universitetində AvrasiyaUniversitetlər Assosiasiyasının (AUA) XIII Qurultayına qatıldığına görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib. Məktubda deyilir: “15 aprel 2015-ci il tarixində Sankt-Peterburq Dövlət İqtisad Universitetində keçirilmiş AUA-nın XIII Qurultayında şəxsən Sizin və BDU nümayəndə həyətinin iştirakına, plenar iclasda mənalı çıxışınıza, ölkələrimiz arasında ali təhsilin və elmin inteqrasiyasının dərinləşməsinə yönəlmiş  Assosiasiyanın fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İcazə verin, Sizi AUA-nın vitse-prezidenti seçilməyiniz, həmçinin Moskva Dövlət Universitetinin Fəxri professoru adını almağınız münasibətilə səmimi qəlbdən təbrik edim. Sizin AUA-nın fəaliyyətində fəal iştirakınıza, Bakı Dövlət Universitetinin və Moskva Dövlət Universitetinin gələcək əməkdaşlığının səmərəli olacağına əminliyimi ifadə edirəm”.

Mətbuat və informasiya şöbəsi, 20 may 2015-ci il.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026