“Motivasiya” klubunun növbəti təlimi keçirilib

28/09/2021

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Motivasiya klubunun "İnsan necə dəyişə bilər" adlı növbəti təlimi keçirilib.

Təlimçi, Kİtabxanaçılıq və informasiya fakültəsinin tələbəsi Nərmin Sadıqova tələbələrə pis vərdişlərdən uzaq olmaq, özümüzü inkişaf etdirmək, özgüvəni artırmaq haqqında danışıb, həmçinin hәdәflәrә çatmaq vә yüksәk nәticәlәr әldә etmәk üçün motivasiyanın vacibliyi və ondan istifadə qaydaları haqqında ətraflı məlumat verib.

Təlimçi şəxsi inkişaf, motivasiya və gənclərin hərtərəfli biliyə sahib olması, müstəqil düşünməsi, özünəinam, şəxsi inkişaf və məqsədlərin müəyyənləşdirməsi, dünyagörüşün formalaşdırılması bəhs edib.

Həmçinin, diqqətin toplanması, çətin situasiyalarda daxili harmoniyanı qorumaq, stressi idarə etmək və s. bəhs olunub, müzakirələrdə iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026