MİR CƏLALIN 100 İLLİYİNƏ HƏSR OLUNAN TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ KEÇİRİLDİ

03/10/2008

Ömrünü milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, pedaqoji fikir tariximizin inkişafına həsr edən yazıçı, alim, müəllim Mir Cəlalın 100 illik yubiley ili çərçivəsində keçirilən tədbirin biri də oktyabrın 3-də M.Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Mir Cəlal müəllimin nəvəsi, professor Nərgiz xanım Paşayevanın qaibanə nitqi ilə açılan gecədə Fikrət Əmirovun musiqisi əsasında hazırlanan «Mir Cəlalı yad edərkən» kompozisiyası nümayiş olundu.

İlk dəfə səslənən əsərin təqdimatından sonra alimin həyat və yaradıcılığını əks etdirən fotosalnamə nümayiş etdirildi. Xalq artisti Fəxrəddin Manafovun, xalq şairləri, Mir Cəlalın yetirmələri – Hüseyn Arifin və Nəriman Həsənzadənin müəllimlərinin xatirəsinə həsr etdikləri şeirlər oxundu. Xalq artisti Rauf Abdullayevin drijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Soltan Hacıbəyovun əsərlərindən fraqmentlər səsləndi. İncəsənt ustaları operalardan ariyalar ifa etdilər.

Yubiley gecəsində Mir Cəlal müəllimin nəvələri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva, dövlət və hökumət rəsmiləri, elm, sənət adamları iştirak edirdilər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026