Mərakeşin V Məhəmməd Universiteti ilə əlaqələr genişlənir

03/05/2019

Mərakeşin Rabat şəhərində yerləşən V Məhəmməd Universitetinin Ədəbiyyat və Humanitar Elmlər fakültəsinin dekanı, professor Cəmaləddin Əl Hanı və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Faqiri Bakı Dövlət Universitetində olublar.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə 100 yaşlı Bakı Dövlət Universiteti haqqında məlumat verib, beynəlxalq əlaqələrindən danışıb. Universitetdə uzun müddətdir ki, ərəb dili və ədəbiyyatının tədris edildiyini deyən A.Kazımzadə görüşün V Məhəmməd Universiteti ilə əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcəyini bildirib.
Professor Cəmaləddin Əl Han Bakı Dövlət Universitetində olmasından məmnunluğunu bildirərək 2015-ci ildə təmsil etdiyi fakültənin nəzdində Azərbaycan dili, sivilizasiyasi və mədəniyyəti kursunun açıldığını, yaxın gələcəkdə Azərbaycan dili fakültəsinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri səfiri Oktay Qurbanovun da iştirak etdiyi görüşdə tələbə-müəllim mübadiləsi, ikili diplom və V Məhəmməd Universitetində görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva adına Azərbaycanşünaslıq guşəsinin yaradılması məsələləri müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 03 may 2019-cu il.

Xəbərlər

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026