Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib

18/04/2025

Azərbaycan Mərkəzi Bankı Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələrinin tələbələri üçün ikinci “Maliyyəçisən” təcrübə proqramı barədə infosessiya keçirib.

Mərkəzi Bankın əməkdaşları Nigar İsayeva və Tamaşa Əsgərova proqramın məqsədləri,  iştirak şərtləri, mərhələləri barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, 2024-cü ildən keçirilən “Maliyyəçisən” təcrübə proqramı ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir. Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera qurmağa təkan verəcək. İştirakçılar təcrübə müddətində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar. İyul və avqust ayları ərzində təşkil edilən proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026