Mərkəzi Lankaşir Universitetinin aliminin BDU-nun SABAH qrupları tələbələrinə ustad dərsi

01/06/2022

Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetinin müəllimi, fəlsəfə doktoru Ali Badiei Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının tələbələrinə ustad dərsi keçib.

"Alternativ enerji texnologiyaları" adlı ustad dərsində enerji və karbon iqtisadiyyatı, külək enerjisi, ondan istifadə qaydaları, istilik mühərrikləri ilə bağlı məsələlərə toxunulub.

Tələbələrə atmosferdə karbonun artma səbəbləri, mənfi təsirlərini azaltmaq yolları, digər enerji mənbələri haqqında məlumat verilib. Alternativ enerji mənbəyi olan külək enerjisinin çatışmazlıqları, istifadə qaydaları, növləri, vertikal və horizontal  quruluşları, işləmə mexanizmləri ətraflı izah olunub. Horizontal külək enerji mənbələrində qüvvələrin paylanma qanunlarından, vertikal enerji mənbələrində isə diametrdən asılı olaraq külək enerjisinin miqdarından bəhs edilib. Külək turbinlərinin strukturu, onlardan enerji əldə olunması və sənayedə tətbiqi məsələlərinə diqqət çəkilib.

Sonda mövzu ilə bağlı tələbələrlə diskussiya aparılıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026