Müsabiqə: “Vətən Müharibəsi BDU tələbələrinin gözü ilə”

06/01/2021

BAKI DÖVLƏT UNİVERSİTETİ

Əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda

Vətən müharibəsinə həsr olunmuş

“VƏTƏN MÜHARİBƏSİ BDU TƏLƏBƏLƏRİNİN GÖZÜ İLƏ”

adlı onlayn tələbə rəsm müsabiqəsi elan edir

 

Müsabiqəyə ürəyi Vətən sevgisi ilə döyünən hər bir tələbənin parlaq zəfərimizi, uzun illər həsrətində olduğumuz əzəli Vətən torpağının səfalı təbiətini, rəşadətli ordumuzun şanlı Qələbəsini, əsgərlərimizin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur.

Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Rəsmlər (skan olunmuş formada) müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə 2021-ci il yanvar ayının 15-dək humanitar.meseleler@bsu.edu.az ünvanına göndərilməlidir.

Təqdim olunmuş rəsmlər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəkdir:

Birinci yer  - 300 manat

İkinci yer  - 250 manat

Üçüncü yer - 200 manat

Qalib elan edilmiş rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: (+994 50) 986 84 44

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026