Müstəqilliyimizin və dövlətçiliyimizin simvolu - Azərbaycan Bayrağı adlı tədbir keçirilib

09/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Humanitar məsələlər və gənclər siyasəti şöbəsi və Geologiya fakültəsinin birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayraq Gününə həsr olunmuş “Müstəqilliyimizin və dövlətçiliyimizin simvolu - Azərbaycan Bayrağı” adlı onlayn tədbir keçirilib.

Geologiya fakültəsinin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutan tədbirdə Bayraq Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova əldə olunan tarixi qələbələr münasibətilə iştirakçıları təbrik edərək 9 noyabr - Bayraq Gününün yaranma tarixi haqqında tələbələrə geniş məlumat verib. Qeyd edib ki, müstəqil ölkənin dövlət rəmzlərindən biri məhz dövlət bayrağıdır. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını bugün şəhidlərimizin qanı bahasına işğaldan azad edilən Füzulidə, Zəngilanda, Qubadlıda, Xocalıda, Şuşada dalğalandırır.

Tədbirdə iştirak edən BDU-nun Tarix fakültəsinin dekan müavini, dosent Bəxtiyar Nəbiyev və Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirblər ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalanıb. Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi mütərəqqi siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib.

Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev bayrağın dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsi olduğunu qeyd edib. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımızın milli qürurumuz olduğunu, bayrağın xalqımızın milli mövcudluq nişanəsi sayıldığını vurğulayıb.

Geologiya fakültəsinin tələbəsi Samirə Novruzova şanlı bayrağımızın işğaldan azad edilən bütün torpaqlarda dalğalanmasının milli qürur mənbəyimiz olduğunu qeyd edib.

Sonda fakültənin dekan müavini İlqar Quliyev, kafedra müdirləri Bahadır Qələndərov, Əli Novruzov bu bayrağı hər zaman uca tutmağın hər bir azərbaycanlının borcu olduğunu qeyd ediblər.

 

 

Xəbərlər

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir
05/02/2025

BDU-da qış imtahan sessiyası başa çatıb

BDU-da qış imtahan sessiyası başa çatıb
05/02/2025

Gənc alim: BDU-da başladığım tədqiqatları İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda davam etdirdim - MÜSAHİBƏ

BDU-nun  “İlin gənc alimi” müsabiqəsində təbiət, dəqiq və texnika elmləri üzrə ən yüksək nəticəni Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Lalə Qəhrəmanlı göstərib
05/02/2025