8143 tələbə imtahanda iştirak edib

22/01/2021

21 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edib. İmtahan sessiyasında 348 qrup üzrə 7257 bakalavr ( 251 nəfəri SABAH qrupları olmaqla) imtahan verib.
BDU-nun Qazax filialında 25 qrupda təhsil alan 558 tələbə imtahanlarda iştirak edib.
Magistratura pilləsində isə 124 ixtisaslaşmada 67 fənn üzrə imtahan verən magistrantların sayı 328-dir.
BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən imtahan prosesinə nəzarət olunur.
Qeyd edək ki, tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə “Qaynar xətt” (012 5395367) və Apellyasiya Komissiyası da fəaliyyətini davam etdirir.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026