İmtahan sessiyası davam edir

29/01/2021

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında 28 yanvar 2020-ci il tarixində imtahan günü uğurla başa çatıb. Ümumilikdə 213 qrupda 4579 bakalavr (356 nəfəri Sabah qruplarının tələbəsi olmaqla) imtahan verib.
Universitetin Qazax filialında isə 12 qrup üzrə 138 tələbə imtahanlarda iştirak edib.
Magistratura pilləsində isə 121 ixtisaslaşmada 81 fənn üzrə 416 magistrant imtahan verib.
BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirilib.
Qeyd edək ki, tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə “Qaynar xətt” və Apellyasiya Komissiyası da fəaliyyətini davam etdirir.

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026