Mətbuat və informasiya şöbəsinin rəhbəri «Qız qalası» Milli Mükafatına layiq görülüb

18/06/2010

İyunun 18-də «Excelsior»  mehmanxanasında Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondunun birgə təşkilatçılığı ilə «Qız qalası» Milli Mükafatının təqdimat mərasimi keçirilib.  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə bu ilin mayında respublikanın paytaxt və rayonlarında respondentlər arasında sorğu aparılıb. Sorğunun nəticələrinə görə, 26 nominasiya üzrə 26 qalib mükafatlandırılıb.

Mükafat alanlar sırasında Azərbaycanın tanınmış media işçiləri, bir sıra dövlət qurumunun nümayəndələri, millət vəkilləri, o cümlədən Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova da var.

Pərvanə xanım bu mükafata təhsillə bağlı informasiyanın mətbuatda yayımında fəaliyyətinə görə layiq görülüb.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026