Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12/12/2023


“Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.

Ümummilli Lider Heydər Əliyev


Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər ən taleyüklü məqamlarda öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, əbədiyyət qazanırlar. Ümummilli Liderimiz Heydər Əliyev kimi!

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan fenomenal şəxsiyyət Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı kimi hər birimizin ürəyində özünə taxt qurub. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan dahi şəxsiyyət bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Ulu öndər Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi ilə müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılıb, müstəqil Azərbaycan dünyada öz layiqli yerini tutub. Onun siyasi, sosial-iqtisadi, elm-təhsil, ictimai və mədəni həyatın bütün sahələrində apardığı islahatlar, beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması Azərbaycanın müasir inkişafının təminatı olub.

Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün parlaq nümunədir. Ulu öndər çoxşaxəli fəaliyyəti, xalqına, millətinə, dövlətinə sonsuz sevgisi ilə, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomenal şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilib.

Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.

1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin  bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb.  2003-cü ildən başlayaraq isə ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub.  
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağımız əbədi azadlığına qovuşub. Bu gün Azərbaycan bayrağı əzəli torpaqlarımızda, Şuşada, Xankəndidə, Xocalıda, Əsgəranda dalğalanır. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləyib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Ömrünü Azərbaycana fəda etmiş müdrik siyasətçi, xalqımızın Ümummilli Llideri Heydər Əliyevin adı daim dərin hörmətlə xatırlanacaq, onun əziz və unudulmaz xatirəsi xalqımız tərəfindən əbədi olaraq ehtiramla yad ediləcək.

Dahi liderin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı“ adlandırdığı Bakı Dövlət Universitetinin kolektivi də bütün xalqımız kimi Ulu Öndər Heydər Əliyevi həmişə böyük hörmət və ehtiramla yad edir. Bakı Dövlət Universiteti Ulu Öndərimizin irisinin tədiqiqini, təbliğini özünün ən ali məqsədlərindən biri sayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamını BDU kollektivi də böyük sevinc və ehtiram hissləri ilə qarşılayıb. BDU-nun Elmi Şurasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Tədbirlər Planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, seminarlar, xüsusi mühazirələr, ustad dərsləri və s. çoxşaxəli tədbirlər keçirilir, kitablar nəşr olunur.

BDU-nun müəllimləri, tələbələrimiz ölkəmizin qüdrətlənməsi, Ulu Öndər Heydər Əliyevin inkişaf doktrinasının həyata keçirilməsi istiqamətində  öz missiyasını ləyaqətlə yerinə yetirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyur.

Azərbaycan xalqının Ümummilli Lideri, Bakı Dövlət Universitetinin dünya şöhrətli  məzunu Heydər Əliyevin xatirəsinə ən böyük abidə müstəqil, qüdrətli, yenilməz Azərbaycandır! Azərbaycanın və Ulu Öndərimiz Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024