Məzun gününüz mübarək, əziz tələbələr!!! - VİDEO

27/06/2014

Bu il Bakı Dövlət Universitetinin 17 fakültəsini 4000-dək məzun bitirir. Onlardan təxminən 500 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Hər il olduğu kimi bu il də magistratura imtahanlarında məzunlarımız respublikada ən yüksək göstəricilərə malik olublar.

BDU tələbəsinin andı:

Mən bu gün Azərbaycan Respublikasının ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin bitirərkən şanlı ənənələrə malik bu elm məbədgahında hörmətli rektor, dəyərli professorlar və müəllimlər və əziz tələbə yoldaşlarım qarşısında təntənəli sürətdə

AND İÇİRƏM:

Azərbaycan elminə, maarifinə və mədəniyyətinə çıraq tutan, “Şərqlə qərbin qovuşuğunda yaranan”, xalqımızın şöhrətlənməsində, tərəqqisində, dünya elminin və təhsilinin inkişafında əhəmiyyətli rol oynayan Bakı Dövlət Universitetinin şərəfini hər zaman uca tutacağam! Universitetdə qazandığım bilikləri yalnız xalqımın tərəqqisinə, xoşbəxt gələcəyinə, gənc nəslin humanist ideyalarına zənginləşməsinə və elmi tərbiyəsinə sərf edəcəyəm! Azərbaycan ziyalısına xas olan bütün nəcib keyfiyyətləri müdafiə edəcək, elmimizin inkişaf etdirilməsi, onun dünya elminə inteqrasiyası, dünyanın qabaqcıl elm mərkəzləri ilə daha sıx əlaqələr uğrunda calışacağam. Azərbaycanlı olmağı ilə hər zaman fəxr edən ləyaqətli vətəndaş və ölkəmizin bugünki iqtisadi inkişaf dinamikasına layiq yetkin mütəxəssis olacağam.

Xəbərlər

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar
29/09/2026