“İnana bilmirəm…”

29/01/2013

Azərbaycanda fəlsəfə elminin və təhsilin inkişafında, gənclərin maariflənməsində, alim və şəxsiyyət kimi yetişməsində misilsiz xidmətlər göstərmiş böyük pedaqoq və cəfakeş tədqiqatçı, bütün şüurlu həyatı boyu azərbaycançılıq ideyalarını yorulmadan təbliğ edən tanınmış ictimai xadim, mərhum akademik Fuad Qasımzadənin həyat və yaradıcılığına həsr olunmuş “İnana bilmirəm…” (müəllif-tərtibçi Anar Məmmədov) kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitabın ilk səhifələrində akademik Fuad Qasımzadənin Azərbaycanda fəlsəfə elminin və təhsilin inkişafındakı xidmətlərinə görə 2000-ci il 11 fevral tarixində “Şöhrət”, 2009-cu il 5 noyabr tarixində isə “İstiqlal” ordenləri ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq Fərmanı və Sərəncamı yer alıb.
Nəşrin birinci fəslində 50 ilə yaxın Bakı Dövlət Universitetinin (BDU) əvvəllər istinad fəlsəfə kafedrasına, sonralar isə təbiət fakültələri üzrə fəlsəfə kafedrasına başçılıq etmiş istedadlı elm təşkilatçısı, Əməkdar Elm Xadimi, akademik F.Qasımzadənin keçdiyi mürəkkəb, kəşməkəşli, lakin şərəfli həyat yolu ilə bağlı bir sıra maraqlı hadisələr, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas məqamları əksini tapıb.
Kitabın ikinci fəslində Fuad Qasımzadənin və onun həyat yoldaşı Mələk Qasımzadənin məsləkdaşlarının, həmkarlarının, dövlət, ictimai-siyasi, elm, təhsil və din xadimlərinin, müxtəlif peşə sahiblərinin, söz-sənət adamlarının, qohum və dostlarının bu nurlu insanlar haqqında xatirələri yer alıb.
Fotoşəkillərlə zəngin olan nəşrin elmi redaktoru BDU-nun rektoru, akademik Abel Məhərrəmov, redaktorları akademik Vasim Məmmədəliyev və professor Vidadi Xəlilovdur.

Mətbuat və İnformasiya şöbəsi, 29 yanvar 2013-ci il.

Xəbərlər

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur
15/01/2026

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026