Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

18/07/2019

Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib. Seminarda  Moskva Fizika Mühəndisləri İnstitutunun (MİFİ) doktorantı Marat  Butayev “А2В6 tipli aşağıölçülü heterostrukturların epitaksiya üsulu ilə alınması və onların əsasında yarımkeçirici lazerlərin hazırlanması” mövzusunda məruzə ilə çıxış edib. Onun müasir üsullarla yarımkeçirici lazerlərin alınmasına həsr olunan məruzəsi maraqla qarşılanıb.

Elmi seminarda iştirak edən BDU-nun rektoru Elçin Babayev Marat Butayevə məzmunlu çıxışına və Azərbaycanı layiqincə təmsil etdiyinə görə minnətdarlığını bildirib. Rektor gələcəkdə xaricdə təhsil alan və çalışan həmyerlilərimizlə əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, Marat Butayev bakalavr təhsilini BDU-nun Fizika fakültəsində, magistr təhsilini isə MİFİ-də alıb, elmi-tədqiqat işlərini Moskvada davam etdirir.


Mətbuat və informasiya şöbəsi, 18 iyul 2019-cu il.

Xəbərlər

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq
02/07/2026

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır
02/07/2026

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
02/07/2026