Nanotexnologiya istiqamətində dissertasiya işinin müdafiəsi keçirilib

25/11/2010

Bu gün Bakı Dövlət Universitetində kimya fakültəsinin dissertantı  Flora Vidadi qızı Hacıyevanın fiziki kimya üzrə fəlsəfə doktoru adını almaq üçün son zamanlar dünya elminin əsas sahələrindən sayılan nanotexnologiya istiqamətində "Polipropilen, polivinildenflüorid və kadmium sulfid əsasındakı nanokompozisiyaların quruluşunun formalaşması və xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun və dosent Məmmədəli Ramazanovun rəhbərliyi ilə hazırlanmış iş Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib, dissertantın bu sahə ilə bağlı elmə gətirdiyi yeniliklər xüsusi vurğulanıb. Dissertantın elmi rəhbəri, akademik Abel Məhərrəmov bildirib ki, 2004-cü ildə Prezident İlham Əliyevin Rumıniyaya səfəri zamanı BDU ilə bu ölkənin Nanoaraşdırma Mərkəzi arasında müqavilə bağlanıb və həmin ildən BDU-da bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasına start verilib. Universitetdə elmi tədqiqat işlərinin inkişafını, kadr hazırlığını, təhsilin və elmi tədqiqat işlərinin inteqrasiyasını təşkil etmək üçün ″Nano araşdırmalar mərkəzi″, ″Nanomaterialların kimyəvi fizikası″ kafedrası da məhz bu məqsədlə yaradılıb. Namizədlik işindən razı qaldığını vurğulayan akademik Abel Məhərrəmov dissertantın indiyədək bir çox xarici ölkələrdə keçirilmiş konfranslarda, simpoziumlarda çıxış etməsini, bu sahə ilə əlaqədar  xarici ölkələrdən diplomlar aldığını bildirib. Rusiyadan olan opponentlər və alimlər də işin əhəmiyyətini xüsusi qeyd ediblər.

Qeyd edək ki, universitetdə nanotexnologiya istiqamətində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədi ilə BDU-ya dövlət büdcəsi və beynəlxalq qrant layihələri hesabına ən müasir avadanlıqlar və cihazlar alınmışdır. Universitetdə Furye spektrometri, tədris üçün 2 ədəd atom qüvvət mikroskopu, atomar səviyyədə tədqiqat aparmaq üçün İNTECRA PRİMA atom qüvvə mikroskopu, spektroflüorimetr, nüvə maqnit rezonansı NMR,  LC-MC xromatomasspektrometr, UF spektroskopiya, atom adsorbsiya analizatoru, APEX II Rentgen difraktometri və istilik fiziki spektroskopiya avadanlıqları alınmışdır.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb
13/12/2024

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb
13/12/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının bürünc mükafatçısıdır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının bürünc mükafatçısıdır
13/12/2024