"Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi"

12/11/2015

Bu gün Bakı Dövlət Universitetində "Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi" adlı TEMPUS ECONANO layihəsinin yerinə yetirilməsi ilə əlaqədar Avropa və Azərbaycan alimlərinin birgə  konfransı olub. Konfransı açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan təhsil sisteminə çox böyük töhfə verən layihənin əhəmiyyətindən danışıb və İtaliya, Fransa və Yunanıstanın aparıcı universitetləri ilə Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat, Qafqaz universitetlərinin, o cümlədən AzEcolab özəl şirkəti və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yerinə yetirildiyini bildirib. Rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu layihəyə böyük dəyər verdiyini qeyd edib. Layihə ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov,Yunanıstanın Azərbaycandakı səfiri   Dimitrios Tsounqas və İtaliyanın Azərbaycandakı səfir müavini Campaolo Kutillo çıxış ediblər. ECONANO layihəsinin rəhbəri, professor Luka Di Palma çıxış edərək layihənin qarşıya qoyduğu problemlərdən, bu istiaqamətdə görülən işlərdən bəhs edib. Qeyd edib ki, layihə yerinə yetirildiyi müddət ərzində bir sıra uğurlara imza atıb. Belə ki, Azərbaycan universitetlərinin 12 magistrantı üç ay müddətində BDU-da Avropa və Azərbaycan professorlarının mühazirələri dinləyib, 2015-ci ildə fevral-may ayları ərzində Avropa universitetlərində dissertasiya işlərini tamamlayıb, 2015-ci ilin iyul ayında BDU-da Beynəlxalq komissiya qarşısında ingilis dilində müdafiə ediblər.

Bakı Dövlət Universitetinin fizika fakültəsinin professoru Məhəmmədəli Ramazanov isə bildirib ki, BDU-da nanotexnologiya sahəsində həm yüksək səviyyəli fundamental tətbiqi işlər, həm də həm təhsil proqramları yerinə yetirilir. Onun sözlərinə görə layihənin uğurlu tərəflərindən biri də həmin tələbələrin doktoranturaya qəbul edilmələri, Azərbaycan və Avropa universitetlərindən ikili rəhbər məsələsinə razılıq əldə edilməsidir.

Onu da qeyd edək ki, tədbirdə AzEcolab  özəl şirkətinin rəhbəri Bəhruz Suleymanov, İlham Humbətov, İtaliya, Fransa və Yunanıstan universitetlərinin professorları, respublikanın ali məktəblərinin aparıcı alimləri  və digər sahələrdə çalışan mütəxəssislər, doktorantlar, magistrlər iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 12 noyabr 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024