“Narkomaniya – Bəşəriyyətin bəlası” mövzusunda dəyirmi masa keçirilib

04/04/2014

03 aprel 2014-cü il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “Narkomaniya – Gəncliyin bəlası” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələb Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ilk öncə tələbələri salamlayaraq tədbirin mahiyyəti və önəmi haqqında məlumat verib. Çıxışını davam etdirən komitə sədri ölkə rəhbərliyinin bu mövzuya diqqətini, xüsusəndə Ümumilli Lider Heydər Əliyevin narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab etməsini qeyd edib. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin "Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi barədə" sərəncamın imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb və gənclər narkomaniya əleyhinə kitabları, broşüraları oxuduqda narkotik maddələrin istifadəsindən uzaq olurlar. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var olduğunu vurğulayıb.Bir sözlə, gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin. Lakin gəncləri düz yolundan çəkindirənlər, onları narkotik asılılığına düçar edənlər, onlar arasında narkomaniya hallarının yayılmasına çalışan qüvvələr də fəaliyyət göstərir. Çıxışını davam etdirən Daşqın Qənbərov dünyada narkomaniya ilə əlaqədar aparılan statistik göstəriciləri dinləyicilərin diqqətinə çatdırdı və hər kəsi bu mübarizəyə qoşulmağa səsləyib. Daha sonra çıxış etmək üçün Bakı Dövlət Universiiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İlkin Şərifova verilib. İlkin Şərifovda çıxış edərək bu məsələdə dövlətin öhdəlikləri ilə bərabər vətandaşlarında öhdəliklərinin olmasını söylədi və gələcəyimizi qorumaq üçün bu maariflənməni daha geniş şəkildə aparmağın vacibliyini qeyd edib. Sonra çıxış edən Kimya fakultəsi Tələbə Həmkarlar Təşkilatının sədri Hacıyev Abdulla narkomaniya və narkomaniyaya yol açan digər zərərli məmulantlar, xüsusəndə tütn məmulatları haqqında geniş izahat verib. Sonda tələbələrə buklet və broşurlar paylanıb.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2014-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024