Nazir 4 ali məktəbin rektoruna təşəkkür elan edib

15/10/2012

Təhsil Naziri Misir Mərdanov bir neçə dövlət ali məktəb rektorlarına təşəkkürünü bildirən əmr imzalayıb. Nazirlikdən Modern.az-a bildirilib ki, bu əmr bir neçə gün öncə Bakı şəhərində keçirilən  II Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində tədbirlərin təşkilinə görə imzalanıb.
Bildirilir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova yaxından iştirak ediblər. Onlar Foruma dəvət olunan bir çox xarici qonaqları, o cümlədən xarici ölkələrin keçmiş prezidentləri, Nobel mükafatı laureatları ilə öz universitetlərində görüşlər keçiriblər, onlara fəxri adlar və Azərbaycanı təcəssüm etdirən qiymətli hədiyyələr veriblər. Misir Mərdanov  adları çəkilən ali məktəb rəhbərlərinin II Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirilməsində aktiv fəaliyyətlərini nəzərə alaraq Təhsil Nazirliyinin təşəkkürü elan edilməsi barədə əmr imzalayıb.

 

Mətbuat və informasiya şöbəsi, 15 oktyabr 2012-ci il.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026