Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

18/09/2019

Bakı Dövlət Universitetində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə elan etdiyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrin hazırlanmasına yardım məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə Minilliyin və BMT-nin Dayanıqlı inkişaf məqsədləri haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Dayanıqlı inkişaf məqsədlərinə qoşulub, Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və respublikada bu sahədə bir sıra işlər görülüb. Bu müsabiqənin də sosial, iqtisadi və ekoloji istiqamətlər üzrə layihələri dəstəkləmək məqsədi daşıdığını bildirən A.Kazımzadə  universitetdə qeyd edilən hər üç istiqamətdə kadr hazırlığı aparıldığından  tələbə, magistrant və doktorantların bu müsabiqədə fəal iştirak edə biləcəklərini vurğulayıb.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühazifəsinin gücləndirilməsi baxımından innovasiyanın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Ulduzə Xəlilova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin şöbə müdiri Elməddin Hacıyev müasir dövrdə sosial innovasiyaların vacibliyindən və əhəmiyyətindən bəhs ediblər.

Daha sonra Sosial İnnovasiyalar Laboratoriyasının əməkdaşı Zamiq Əsgərzadə innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış edib

Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

 

 

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026