İndoneziyanın Şərif Hidayətullah Cakarta Dövlət İslam Universitetinin nümayəndə heyəti BDU-da

29/05/2024

İndoneziya Respublikasının Şərif Hidayətullah Cakarta Dövlət İslam Universitetinin akademik işlər üzrə prorektoru, professor Ahmad Tholabi, Beynəlxalq əlaqələr mərkəzinin direktoru, professor Maila Rahiem, bu ölkənin Azərbaycandakı səfirliyinin 3-cü katibi Vanda Vidya, səfirin köməkçisi Pərvanə Kərimova Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qonaqlara Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. 25 mindən artıq tələbəsi olan BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Prorektor Şərif Hidayətullah Cakarta Dövlət İslam Universiteti ilə fizika, biologiya, kimya, riyaziyyat, iqtisadiyyat və s. istiqamətlər üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Bildirib ki, qeyd olunan sahələr üzrə birgə elmi tədqiqatlar aparıla, seçilmiş istiqamətlərdə ikili diplom proqramları imzalana və birgə layihələr icra edilə bilər.

Şərif Hidayətullah Cakarta Dövlət İslam Universitetinin akademik işlər üzrə prorektoru Ahmad Tholabi təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verərək, BDU ilə birgə tədqiqatlarda, müəllim-tələbə mübadiləsində, ikili diplom proqramlarının işlənməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə iki universitet arasında əməkdaşlığın digər mümkün perspektivləri də ətraflı müzakirə olunub.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026