“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub

10/07/2018

“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin rəsmi internet səhifəsi  (http://physics.bsu.edu.az) “Elm və təhsil” nominasiyasi üzrə ilk onluqda yer alıb.

NETTY Mükafatının qalibləri xüsusi yaradılan Ekspertlər Şurası tərəfindən seçilir. Bu il təsis olunmuş Ekspertlər Şurasının 1000-dən yuxarı üzvü olub. 15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi həyata keçirilib. Ekspert Şurası və Virtual münsiflər heyəti  hər nominasiyada 10 nominant və onlardan da  ilk üç nominantı seçərək mukafatlandırıb.

Qeyd edək ki, Azərbaycan milli internet mükafatı olan NETTY 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.

Mətbuat və informasiya şöbəsi, 10 iyul 2018-ci il.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026