İnformasiya müharibəsinə hazırlıq: BDU tələbələrinin dünyaya çıxışı təmin edilir

22/12/2020

“Media könüllüləri-145” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 145 tələbəsi ilə onlayn təlimlər davam edir.
Onlayn təlimlər çərçivəsində növbəti görüş bu gün Türkiyənin ən tanınmış telejurnalistlərindən olan Bülənt Çöltekinlə olub.
Bülənt Çöltekin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün televiziya jurnalistikası ilə bağlı təlim keçib.
Bu barədə Modern.az-a məlumat verən layihənin rəhbəri Elşad Eyvazlı bildirib ki, sabah isə Nişantaşı Universitetinin Jurnalistika fakültəsinin müəllimləri - Hamdi Arslan "Diksiya problemi", "Xəbərin çatdırılması", "Stand up", "Xəbərdə qrafik seçimi" kimi mövzularda təlim keçəcək.
Bu təlimlərdə fərqlənən aktiv tələbələr Nişantaşı Universitetinin müəllimlərindən media sahəsi üzrə dərslər alacaq və onlar həmin universitet tərəfindən sertifikatla təltif olunacaqlar.
Eyni zamanda, təlimlər barədə mətbuatda, sosial şəbəkələrdə şıxış edən tələbələrdən 10-u Nişantaşı Universitetinin Jurnalistika fükültəsinin onlayn dərslərinə qatılmaq imkanı əldə edəcək.
Ancaq bunun üçün onlardan təlim dövründə Nişantaşı Universitetinin müəllimlərinin dərsləri barədə mediada çıxış etmələri tələb olunur. Ən yaxşı 10 yazı müəllifi Nişantaşı Universitetinin dəsrlərində qonaq qismində iştirak edə biləcək.
Tanınmış jurnalistlər - NTV-nin aparıcı siması Seda Öğretir, professor Hamdi Arslan və məşhur televizyonçu  Bülent Çöltekin tələbələrə əsasən təcrübi biliklər öyrədəcəklər.
Elşad Eyvazlı bildirib ki, növbəti təlimlər isə SMM (sosial media meneceri) işi ilə bağlı olacaq. SMM təlimlərinə tək könüllülər deyil, həm də dövlət sektorunda və media sektorunda SMM işində çalışan şəxslər qatılacaq.
Elşad Eyvazlı onu da qeyd edib ki, gələcəyin informasiya müharibəsinin aparıcı qüvvəsi olan BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin biliyinin artırılması çox vacibdir. O, bunun üçün bütün imkanlarından istifadə ediləcəyini bildirib.
Qeyd edək ki, ilk seminarda Türkiyənin dünyaca tanınmış savaş müxbiri İrfan Sapmaz hərb jurnalistikasının sirlərini tələbələrlə bölüşmüşdü.

https://modern.az/az/news

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024