İnformasiya Texnologiyaları İnstitutunda BDU tələbələri ilə görüş

27/10/2023

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüş keçirilib.

Görüşdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələrinin və SABAH qruplarının informasiya texnologiyaları üzrə təhsil alan tələbələri iştirak ediblər.

Rektor Elçin Babayev BDU ilə İTİ arasında sıx əməkdaşlığın olduğunu bildirib. BDU-nun əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, hazırda Universitetdə riyaziyyat və kompüter elmləri üzrə bakalavriatura səviyyəsində 4 ixtisas, magistraturada 10 ixtisaslaşma üzrə tədris aparılır. Son illər BDU-da infrastruktur elektronlaşdırılır, “Code Academy”, “Dev Education” kimi layihələr çərçivəsində tələbələrin ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqları artırılır. Rektor yaxın zamanlarda BDU-da ICESCO ilə birgə Süni intellekt etikası kafedrasının yaradılmasının da nəzərdə tutulduğunu bildirib. Elçin Babayev qeyd edib ki, informasiya texnologiyaları üzrə İTİ ilə birgə tədqiqatlar aparıla, seçilmiş ixtisaslar üzrə institutda dərslər təşkil oluna bilər.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev son illər ölkədə informasiya texnologiyaları sahəsində həyata keçirilən yeniliklərin,  müasir çağırışların elm və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu deyib. O, xüsusilə kompüter mühəndisliyi, kriptoqrafiya kimi ixtisaslara ehtiyac duyulduğunu bildirib. Akademik rəhbərlik etdiyi qurumun informasiya texnologiyaları sahəsində BDU-da kadr hazırlığına hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb.

Sonda BDU tələbələrinin sualları cavablandırılıb.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024