İngilis dili müəllimlərinin ingilis dilindən test imtahanı

10/04/2012

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun R-21 saylı 14.02.2012-ci il tarixli əmrini icra etmək məqsədi ilə aprelin 7-də “İngilis dili” kafedralarının ştatda olan və saat hesabı qaydada dərs deyən müəllimləri üçün ingilis dilindən test imtahanları təşkil olunub. İmtahanda digər təşkilatlardan müraciət edən müəllimlər də iştirak ediblər. İki saat ərzində keçirilən imtahanda 100-ə yaxın müəllim iştirak edib. İmtahana nəzarət Attestasiya komissiyasının üzvləri tərəfindən həyata keçirilib. Rektor Abel Məhərrəmov imtahan prosesində iştirak edən müəllimlərlə görüşündə qeyd edib ki, təhsilin bakalavriat və magistratura pillələri üzrə mütəxəssis hazırlığının Bolonya prosesinin tələblərinə uyğun həyata keçirilməsində xarici dillərin tədrisi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan universitetdə ayrı-ayrı ixtisaslar üzrə müasir təlim metodları və texnologiyalarını tətbiq etməklə xarici dilləri tədris edən müəllimlərin elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi üçün onların attestasiyasının keçirilməsinə ehtiyac vardır.

11 aprel 2012-ci il tarixində universitetin “Alman və fransız dilləri” kafedralarının professor-müəllim heyətinin də attestasiyasının keçirilməsi nəzərdə tutulub.

Mətbuat və İnformasiya Şöbəsi, 10 aprel, 2012-ci il.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026