Nizami Gəncəvi ideyaları dünyada sülh və humanizmə xidmət edir

13/07/2021

Məlum olduğu kimi, bu il mayın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Mən bu nüfuzlu tədbirin materialları ilə böyük maraqla tanış oldum və bir ziyalı və vətənpərvər insan kimi burada aparılan müzakirələrdən son dərəcə məmnun qaldım.

Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tədbirdəki parlaq, dərin məzmunlu çıxışı burada müzakirələrin dərin və maraqlı məcrada davam etdirilməsinə şərait yaratdı. Dövlətimizin başçısı, ilk növbədə qeyd etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərdiyi səkkiz il ərzində dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir.

Bəli, mərkəz öz məqsədyönlü və geniş fəaliyyəti ilə dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Qurumun üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Onların təcrübələri, həqiqətən unikaldır. Belə zəngin təcrübənin bir araya toplanması dünyada nadir hadisədir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin budəfəki müzakirələrə çıxardığı mövzu son dərəcə aktualdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti mövzunun əhəmiyyəti barədə belə dedi: “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər”.

Bu gün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda və bütün dünyada sülhün və ədalətin bərqərar olunmasına çalışır. Cənubi Qafqaz xalqlarının tərəqqi və rifahı yalnız ədalətli sülhdən, tolerantlıq və dialoqdan keçir. Bunu, təəssüf ki, Ermənistandakı revanşist qüvvələr hələ də başa düşmür, yaxud başa düşmək istəmirlər. Əlbəttə, böyük yanlışlığa yol verirlər. Onlar öz bəd əməllərindən nə qədər tez əl çəksələr, regionda uzunmüddətli sülhün bərqərar olunması üçün imkanlar yaranar.

Tədbirdə çıxış edən natiqlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirərək, müzakirə olunan mövzu ilə bağlı dəyərli fikir və mülahizələr səsləndirdilər. Onlar əmindirlər ki, mərkəz bundan sonra da dahi mütəfəkkir Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətini dünyaya çatdırmağa çalışacaq, bununla da regionda və bütün dünyada sülhə və ədalətin bərqərar olunmasına töhfə verəcək.

Azərbaycan gələcəyə baxan dövlətdir. Prezident İlham Əliyev tədbirdə bu fikri xüsusi dedi: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq”.

Bəli, öz daxili və xarici siyasətində sivil, demokratik, bəşəri və multikultural dəyərlərə üstünlük verən Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik liderliyilə dünyanın ən nüfuzlu və güclü dövlətlərindən birinə çevrilmişdir.

https://xalqqazeti.com/az/news

 

Leyla GƏRAYZADƏ,

Bakı Dövlət Universitetinin professoru,

filologiya elmləri doktoru

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024