Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi keçirilib

04/10/2012

Bütün Azərbaycanda olduğu kimi BDU-nun Elmi kitabxanasında da dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbirlər keçirilir. Yubileylə əlaqədar kartotekada “Nizami Gəncəvi - 870” rubrikası açılıb və orada Azərbaycanda və dünyada çıxan müxtəlif tipli materiallar əks olunub. Yubiley günlərində kitabxananın foyesində böyük sərgi təşkil edilib. Sərgidə şairin Azərbaycan, rus, fars, ərəb və s. dillərdə çap olunmuş əsərləri, Nizami yaradıcılığı haqqında əsərlər, Nizami yaradıcılığına çəkilmiş miniatür rəsm əsərləri, Nizami əsərlərinin dilinə həsr edilmiş lüğətlər və s. nümayış etdirilib.

Sərgini, Nizami yubileyinə dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar da ziyarət ediblər.

Mətbuat və İnformasiya Şöbəsi, 03 oktyabr 2012-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026