İnklüziv təhsil üzrə təlim

12/02/2019

Tədbirdə  Bakı Dövlət Universitetinin Psixologiya, Sosial və pedaqoji psixologiyakafedralarının müəllimləri iştirak ediblər.

Layihənin beynəlxalq eksperti Peter Grimes, köməkçiləri Manieke Stevens, Arlene Dela Gruz, Tricia Mercado və Kaisa Sol Gruz inklüziv dəyərlərdən, Azərbaycanda əlillik və inklüzivlik haqqında danışıb, onun strategiyasının vacibliyindən söz açıblar.

Kursa okupasional terapiyaya aid fəlsəfə, nəzəriyyə və tədqiqat daxildir. Nəzəriyyə anatomiya, psixologiya, nevrologiya, patologiya, sosiologiya, kineziologiya, pediatriya, psixiatriya əsasında təqdim olunur. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan uşaqların ailələri ilə işin təşkili, uşağın xüsusiyyətləri nəzərə alınaraq necə işləməyin bilik və bacarıqları da öyrədilir. 60 saatlıq kursun nəticəsində okupasional terapiyaya yanaşmalar (tibbi model və s.), autizm, daun sindromu, serebral iflic, erqoterapiyanın öyrənilməsi və cəmiyyətdə bu cür xəstəlikləri olan uşaqların inteqrasiyasına yönəlmiş psixoloji işin metodikasının təşkili məsələləri təqdim edilir. Kursun sonunda tələbələr əlilliyə anti-stiqmatik münasibətin formalaşması, problemi müəyyən edərək sonrakı müdaxilələri üçün resursların təyin edilməsi, uşağın sosial bacarıqları, hərəkat imkanları, digər uşaqlarla ünsiyyət qurma qabiliyyətini dəyərləndirərək müvafiq tədbirlərin müəyyən edilməsi kimi bacarıqlara yiyələnirlər.


Mətbuat və informasiya şöbəsi, 12 fevral 2018-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026