Nobel mükafatı laureatı BDU-da olub

29/10/2013

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov alman fiziki, Nobel mükafatı laureatı Klaus fon-Klitsing ilə görüşüb. Universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Almaniya universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir.

Daha sonra alim BDU-nun akt zalında "Kəsrli kvant Holl effektinin yeni tətbiqləri" mövzusunda mühazirə oxuyub və tələbələrin verdiyi suallara ətraflı cavab verib. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan

qonaq, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət verib. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də verib.

Qeyd etmək lazımdır ki, Klaus fon-Klitsingin əsas tədqiqat istiqamətləri kondensiyalaşmış maddələrin və kiçik ölçülü sistemlərin fizikasıdır. O, 1979-cu ildə Qrenoblda silisiumlu sahə tranzistorunda Xoll effektinin araşdırılması üzrə bir sıra təcrübələr keçirib və bu təcrübələr nəticəsində Xollun tam ədədli kvant effektini açıb. Təcrübələrin nəticəsi  « Physical Review Letters » jurnalında  1980-ci ildə nəşr edilib. Hazırda o, iki ölçülü qazın maqnetomüqavimətinin osillyasiyası məsələsi ilə məşğuldur.

 

Mətbuat və İnformasiya Şöbəsi, 29 oktyabr  2013-ci il.

Xəbərlər

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib
13/03/2026

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”
13/03/2026

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”
13/03/2026