Nobel mükafatçısı BDU-da mühazirə oxuyub

02/11/2013

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ astrofiziki və kosmoloqu, Kaliforniya Universitetinin professoru, Nobel mükafatı laureatı Corc Smut Ficerlandı qəbul edib. Rektor Nobel mükafatçısını universitetdə görməkdən məmnun olduğunu ifadə edib. Qarşılıqlı maraq doğuran görüşdə alimlər elmin müxtəlif istiqamətlərindən, nanotexnologiya və innovasiyalardan bəhs ediblər.

Daha sonra Nobel mükafatı laureatı -  Corc Smut Ficerlandı fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub,  verilən suallara ətraflı cavab verib. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alim, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət verib.

Mətbuat və İnformasiya şöbəsi, 02 noyabr 2013-cü il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026