Nobel mükafatçısı BDU-da olub

04/10/2012

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, Nobel mükafatı laureatı Corc Fitzgerhald Smutu qəbul edib. Universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Amerika universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir.

Nanotexnologiya və innovasiyalardan danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb.

Daha sonra alim Fizika fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub və tələbələrin verdiyi suallara ətraflı cavab verib. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan qonaq, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət verib. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də verib.

Mətbuat və İnformasiya Şöbəsi, 04 oktyabr  2012-ci il.

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026