NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

19/03/2013

Bakı Dövlət Universitetinin professor-müəllimlərinə və tələbələrinə

Əziz müəllimlər və əməkdaşlar!

Sevimli tələbələr!

Sizi xalqımızın ən əziz  və yazın gəlişini simvolizə edən qədim xalq bayramı olan NOVRUZ bayramı münasibətilə ürəkdən təbrik edirəm!  Min illərin sınağından çıxmış bu bayram  ruzi-bərəkət, xeyirxahlıq, mehribanlıq bayramıdır. Arzu edirəm ki, süfrələrinizdən ruzi-bərəkət əskik olmasın, bütün xalqımız kimi siz də xeyirxah niyyətlərlə bir-birinizi müjdələyəsiniz, mehribanlıq, səmimiyyət  bütün münasibətlərin əsasında olsun! Xalqımızın ən böyük dərdi olan Dağlıq Qarabağ problemi tezliklə həll olunsun, qardaş-bacılarımız öz doğma yurdlarına qayıtsınlar! Arzu edirəm, balalarınız sağlam, xoşbəxt böyüsün, xalqımızın daha firavan gələcəyini təmin etmək üçün yaxşı oxusunlar, ləyaqətli vətəndaş olsunlar! Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə çiçəklənən Vətənimizdəki dinamik inkişafa, sabitliyə, artan beynəlxalq nüfuza hər zaman dəstək olan Bakı Dövlət Universiteti daha da inkişaf etsin, daha böyük alimlərimiz, daha istedadlı tələbələrimiz yetişsin!

Bu əziz bayramınız mübarək, günləriniz uğurlu, illəriniz düşərli olsun!!!

 

Hörmətlə                                            
rektor akad. Abel Məhərrəmov

Xəbərlər

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
11/08/2026

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
11/08/2026