"İnsan alveri: milli və beynəlxalq qanunvericilikdə" mövzusunda tədbir keçirilib

22/11/2021

Bakı Dövlət Universitetin Hüquq fakültəsində “BDU Könüllüləri”nin təşkilatçılığı ilə "İnsan alveri: milli və beynəlxalq qanunvericilikdə" mövzusunda tədbir keçirilib.

Tədbirdə Hüquq fakültəsinin dekan vəzifəsini icra edən Cabir Quliyev, Cinayət Hüququ kafedrasının dosenti Orxan Aslanov, BDU-nun Hüquq fakültəsi könüllülərinin sədri İlkin İmanlı və fakültə tələbələri - Gülər Səmidəlizadə, Gülnur Əkbərova, Sevinc Mirzəyeva mövzu ətrafında çıxış ediblər. Məruzəçilər insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklərlə bağlı zəruri məlumatlar verib. Qeyd edilib ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.

Sonra mövzu ilə bağlı tədqimat və videogörüntülər tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə çıxış edənlər insan alverinə qarşə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edib və təhsil müəssisələrində bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026