İnsan alverinə qarşı mübarizə

05/04/2010

Aprelin 5-də Bakı Dövlət Universitetində «İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onunla mübarizə» mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimov açaraq cəmiyyətimiz üçün xoşagəlməz problem olan insan alveri və onun törətdiyi fəsadlardan bəhs edib.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov,  həmin nazirliyin baş məsləhətçisi Elnur Əlizadə, DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin şöbə rəisi Şahin Qocayev və digər şöbənin rəis müavini Fuad Əliyev, «Təmiz Dünya» Cəmiyyətinin sədri Mehriban Zeynalova, İnsan Alverinə qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyasının Əlaqələndirilməsi Nazir Quliyev və digər iştirakçılar cəmiyyətdəki bu problemlə mübarizədə tələbə-gəncləri səfərbər etməyin, onları maarifləndirməyin vacib olduğunu vurğulayıblar. İnsanı monipulyasiya obyektinə çevirmək və onunla şəxsi əşya kimi davranılmağın yolverilməz olduğu, gənclərin bu mübarizədən kənarda qalmamaları üçün belə tədbirlərin davamlı olması diqqətə çatdırılıb.

Daha sonra tələbələr maraqlı fikirlər irəli sürüblər. Cəmiyyətimizin sağlamlığını düşünərək bu problemlə mübarizənin vacibliyi qeyd edilib. İnsan alveri probleminin meydana gəlmə səbəbləri araşdırılıb, cəmiyyətimizdəki sosial durumun aşağı olmasının belə problemlərin yaranmasında bir amil olduğu, bu mübarizədə peşəkar kadrlara ehtiyac duyulduğu diqqətə çatdırılıb.

Tədbir insan alverinə qarşı reklam roliki və filmin nümayişi ilə başa çatıb.

Mətbuat xidməti

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026