Nəsiman Yaqublu Varşavada Beynəlxalq Prometey konfransında iştirak edib
08/11/2016
Polşa Respublikasının paytaxtı Varşava şəhərində VII Beynəlxalq Prometey Konfransı keçirilib. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu həmin konfransda iştirak edib. Konfransda ABŞ, Polşa, Ukrayna və Qazaxıstandan gəlmiş tanınmış elm xadimləri iştirak edib. N.Yaqublu “Qafqaz mühacirlərinin mətbuat orqanları” mövzusunda məruzə ilə çıxış edib. Hazırda həmin məruzə çap üçün Varşava Universitetində nəşr edilən “Yeni Prometey” jurnalına təqdim olunub. Qeyd edək ki, N.Yaqublu həm də “Yeni prometey” jurnalının redaksiya heyətinin üzvüdür.
Mətbuat və informasiya şöbəsi, 7 noyabr 2016-cı il
Xəbərlər
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
