Nəsiman Yaqublunun kitabının təqdimatı keçirilib

13/11/2018

Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublunun Türkiyənin Azərbaycandakı səfirliyində “Qafqaz İslam Ordusunun Azərbaycanda İzləri”adlı kitabının təqdimat mərasimi keçirilib. Kitabın təqdimat mərasimində millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Ərkan Özoral tarix elmləri doktoru Nəsiman Yaqublunun Bakının qurtuluşunun 100 illiyi münasibəti ilə hazırladığı kitabı yüksək dəyərləndirib.

Tədqiqatçı Firdovsiyyə Əhmədova kitabın əhəmiyyətindən danışdıqdan sonra Nəsiman Yaqublu göstərilən dəstəyə görə Türkiyə səfirliyinə təşəkkür edib.

Qeyd edək ki, kitabda Qafqaz İslam ordusunun azad etdiyi bölgələr haqqında məlumat verilməklə yanaşı bu savaşlarda şəhid olmuş və bu günədək Azərbaycanın müxtəlif bölgələrində qorunub saxlanılan türk əsgərlərinin məzarları ilə bağlı məlumatlar əksini tapıb.

Mətbuat və informasiya şöbəsi, 13 noyabr 2018-ci il.



Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026