Nüvə fizikası üzrə beynəlxalq konfrans Azərbaycanda keçiriləcək

12/10/2018

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun İnnovativ layihələr və beynəlxalq əlaqələr üzrə direktor müavini Anar Rüstəmov Yunanıstanda nüvə fizikası üzrə beynəlxalq konfransda iştirak edib. A.Rüstəmov konfransın plenar iclasındakı məruzəsində CERN-in ALICE təcrübəsində alınmış nəticələri təqdim edərək onların təhlilini təqdim edib, Azərbaycan Respublikasında nüvə fizikası istiqamətində görülən işlərdən bəhs edib. Daha sonra A.Rüstəmovun növbəti konfransın Azərbaycanda keçirilməsi ilə bağlı təklifi səsə qoyulub və buna razılıq verilib.

Adıçəkilən beynəlxalq konfrans nüvə fizikası sahəsində böyük nüfuza malikdir və onun təşkilat komitəsinə hazırda dünyada fəaliyyət göstərən nüvə mərkəzlərinin ekspertləri daxildir. 2020-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan konfransa Bakı Dövlət Universiteti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzi təşkilatçılıq edəcək. Qeyd edək ki, konfrans ötən illərdə Rusiya, İtaliya, ABŞ, Çin, Almaniya, Polşa, Yunanıstan və Norveçdə təşkil olunub.

Mətbuat və informasiya şöbəsi, 12 oktyabr 2018-ci il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026