Növbəti tyutor kursu başa çatıb

13/07/2018

Bakı Dövlət Universitetində növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 2008-ci ildən Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirilir.Artıq 10 ildir ki, davam edən kursda BDU və digər universitetlər üçün ümumilikdə 286 tyutor hazırlanıb.

Rektor deyib ki, BDU və digər ali təhsil ocaqları üçün təşkil olunmuş X  tyutor hazırlığı kursları 1 noyabr 2017-ci il tarixindən 30 iyun 2018-cı il tarixinədək öz işini davam etdirib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş 12 namizədin hər biri A-sertifikatına (qırmızı) layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 13 iyul 2018-ci il

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026