Nəyi gözləyirik biz?!...
25/02/2014
Tarixin səhifəsinə
Bir gündə daxil oldu.
Ana Vətən uğrunda
Neçə can fəda oldu.
Dostu-düşmən bilmişdik
Budur böyük səhvimiz.
Açıldı gözlərimiz,
Nəyi gözləyirik biz?!...
Susamış canavarlar,
Qanımızı içdilər.
Qız-gəlinin namusun
Ayaqlayıb keçdilər.
Bu qisası almağa,
Çatmırmı hünərimiz,
Yoxdurmu qeyrətimiz,
Nəyi gözləyirik biz?!....
İstərsən gözlərimdən
Süzülən yaşlara bax.
İstərsən ayaq altda
Kəsilən başlara bax.
Çox səbr etmişik,yetər,
Qoy, tükənsin səbrimiz
Qoy,artsın nifrətimiz
Nəyi gözləyirik biz?!...
Nəyi gözləyirik biz?!...
Ekologiya və torpaqşürnaslıq fakültəsi I kurs tələbəsi
Günay Elşadqızı (Oğuzyurd)
Xəbərlər
BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
