Okan Universitetinin nümayəndə heyəti BDU-da

20/04/2010

Aprelin 20-də rektor, akademik Abel Məhərrəmov Türkiyənin Okan Universitetinin rektoru, prof.dr Sadık Kırbaş, həmin universitetin iqtisadi idarə bilimlər fakültəsinin dekanı, prof.dr Suat Teker, fənn ədəbiyyat fakültəsinin dekan yardımçısı dr.Hulya Arslan və mühəndislik fakültəsinin öyrətim üyesi Veli Şahmurovu qəbul edib. Rektor Sadık Kırbaş bildirib ki, 2003-cü ildə yaradılmış, 5 fakültəsi və 4 mindən artıq tələbəsi olan Okan Universitetini tanıtmaq, ikitərəfli əməkdaşlığa nail olmaq, tələbə-müəllim mübadiləsi etmək niyyətindədirlər.

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daimi, əbədi olduğunu bildirən rektor, akademik Abel Məhərrəmov nümayəndə heyətinin gəlişinə böyük əhəmiyyət verdiyini deyib. Bildirib ki, bu səfər əməkdaşlığın gələcək perspektivləri baxımından çox uğurludur.

Sonda rektorlar – Abel Məhərrəmov və Sadık Kırbaş tələbə və müəllim mübadiləsini nəzərdə tutan çərçivə müqaviləsi imzalayıblar.

 

Mətbuat xidməti

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026