Oksford Universiteti Nəşriyyatının məlumat bazasından ödənişsiz istifadə imkanı

16/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Universitetin professor-müəllim heyəti və gənc tədqiqatçılarına 2023-ci il fevral ayının 16-dan mart ayının 31-nə qədər Oksford Universiteti Nəşriyyatının (Oxford University Press) məlumat bazasından ödənişsiz istifadə imkanı təqdim edir.
Elmi karyerasına yeni başlayan gənc tədqiqatçılar üçün Oksford Universiteti Nəşriyyatının resurslarına giriş maraqlı və faydalı olacaq. Oksford Universiteti Nəşriyyatının nüfuzlu jurnal və kitablarından tədqiqatçılar yalnız oxumaq üçün yararlana bilərlər.
Sınaq müddətində Oksford Universiteti Nəşriyyatı tərəfindən təklif olunan resurslara https://academic.oup.com/journals/pages/early-career-researchers -  linki vasitəsilə və ya Elmi Kitabxananın https://elibrary.bsu.edu.az səhifəsində  “Tammətnli məlumat bazaları” bölməsindən daxil olmaq mümkündür.
Nəşriyyat həmçinin broşürlərdən istifadə imkanı da təklif edir: OxfordUniversityPress_OA Brochure.pdf (oup.com)

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026