Oktyabrın 28-31-də BDU-da Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13/08/2025

28-31oktyabr 2025-ci il tarixlərində Bakı Dövlət Universitetində (BDU) Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək.

Bununla bağlı BDU, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası (TÜBA) arasında razılığa gəlinib və müvafiq protokol imzalanıb.

Əməkdaşlıq barədə BDU rektoru Elçin Babayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker müzakirələr aparıblar. Tədbirə türkdilli dövlətlərin ali təhsil müəssisələri və elmi qurumlarından mütəxəssislər, həmçinin bir sıra Avropa və Asiya ölkələrindən tanınmış alimlər qatılacaq. Oktyabrın 28-29-da süni intellektin etikası üzrə elmi konfrans, oktyabrın 30-31-də isə təhsilalanlar üçün Payız Məktəbi keçiriləcək.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026