Olimpiada qalibləri

12/05/2009

Şənbə günü Tələbələrin Proqramlaşdırma Üzrə Respublika olimpiadasının final mərhələsi keçirildi. Bakı Dövlət Universitetinin Overflow komandası (Cavid Mahmudzadə, Turan Rüstəmli, Sadiq Axundov (İNF-16 qrupu 1-ci kurs)) 1-ci yeri, BSU1 komandası (Arif Babayev, Rəşad İbrahimov, Samir Məmməd (İNF-14 qrupu 2ci kurs)) 3-cü yeri tutmuşlar.

Olimpiadanı bu təşkilatlar təşkil etmişlər:

* Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
* Heydər Əliyev Fondu
* Təhsil Nazirliyi
* AMEA İnformasiya Texnologiyaları İnstitutu

Münsiflər heyəti:

* f.r.en., dos. Mahmudzadə Ramin Əlinazim oğlu, Münsiflər Heyətinin sədri
* AMEA-nın müxbir üzvü, professor Əliquliyev Rasim Məhəmməd oğlu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru
* Gülməmmədov Rüfət Həsən oğlu, RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri
* Sadıqov İsmayıl Cəlal oğlu, TN-in Təhsilin idarə edilməsinin məlumat sistemləri şöbəsinin müdiri
* Məmmədov Telman Qürbət oğlu, Heydər Əliyev Fondunun İT üzrə eksperti

Xatırladaq ki, Ramin müəllim tətbiqi-riyaziyyat və kibernetika fakültəsində, İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasının dosentidir.

Olimpiadanın rəsmi saytı: http://www.aztelekom.org/olimpiada/

Olimpiada ACM ICPC (http://cm2prod.baylor.edu/) qaydalarına uyğun, bir çox beynəlxalq olimpiadalarda keçirilən PC^2 sistemi (http://www.ecs.csus.edu/pc2/) vasitəsi ilə keçirildi.

Xatırladaq ki, olimpiadanın texniki dəstək qrupu BDUnun tətbiqi-riyaziyyat fakültəsinin aşağıdakı tələbələrindən ibarət idi:

* Adil Əliyev (İNF-11)
* Orxan Mirsadıqov (İNF-12)
* Fuad Məlikov (İNF-12)
* Üzeyir Hüseynov (İNF-12)
* Əli İsmayılov (ENG-16)

Qeyd edək ki, Adil Əliyev 2007-ci ildə Xorvatiyada keçirilən İnformatika Üzrə Beynəlxalq Olimpiadada Azərbaycan deleqasiyasının qrup rəhbərinin(Ramin Mahmudzadə) köməkçisi timsalında iştirak etmişdir. Həmçinin adıçəkilən təşkilatların keçirdiyi əvvəlki olimpiadalarda da (2007, 2008-ci illərdə) texniki dəstək qrupunun rəhbəri olmuşdur. PC^2 sistemini (PC^2 sistemi vasitəsi ilə müsabiqənin gedişatı zamanı iştirakçıların nəticələrini təyin etmək və müsabiqə vaxtı bitdikdən dərhal sonra nəticələri elan etmək mümkündür.) ilk dəfə respublika olimpiadasında Ramin Mahmudzadənin rəhbərliyi ilə tələbəmiz Adil Əliyev tətbiq etmişdir. Həmçinin 2006-cı ildə IBM şirkətinin sponsorluğu ilə ACM təşkilatının keçirdiyi Beynəlxalq olimpiadada Bakı Dövlət Universitetini təmsil edən komandada iştirak etmişdir(məzunumuz Vüsal Xəlilov (İNF-8) ilə birgə).

Tələbələrimizin bu nəaliyyətini alqışlayır və gələcəkdə beynəlxalq olimpiadalarda da qalib gəlmələrini arzu edirik.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024