Onlayn imtahan sessiyası uğurla davam edir

11/06/2020


Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən start götürən yaz semestrinin onlayn imtahan sessiyası bu gün də uğurla davam edib.
İyunun 11-də bakalavriat pilləsində təhsil alan 84 qrup üzrə 2044  (60 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 76 ixtisaslaşmada 52 fənn üzrə 193 magistrant imtahan verib.
Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.
Sessiya iyulun 10-da yekunlaşacaq.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026